“Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib

tedbir naxuniversitet 28.02.2020

“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsində İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov çıxışında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib və bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

tedbir naxuniversitet2 28.02.2020
“Vergi bəyannamələri, onların təqdim edilmə qaydaları və müddətləri” mövzusunda Dövlət Vergi Xidmətinin əməkdaşı İsmayıl Bağırovun slaydlar vasitəsi təqdim etdiyi məruzə dinlənilib. Tələbələrə vergiödəyicilərinin vergi öhtəliklərinə görə təqdim etməli olduğu bəyannamələrin formaları və göndərilmə qaydası haqqında məlumat verilib. Diqqətə çatdırılb ki, vergi.nakhchivan.az internet səhifəsindən İnternet Vergi İdarəsi portalına daxil olmaqla bu əməliyyatları real vaxt rejimində yerinə yetirmək olar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30819
Bu gün
Dünən
Bu ay
2
373
1240
Tarix: 05-08-2020