Ali təhsil ocağında görüş keçirilib

tedbir universitet 27.02.2020

     27 fevral 2020-ci il tarixində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

     Əvvəlcə Universitetin İqtisad fakültəsinin dekanı Əşrəf Ələkbərov çıxış edərək keçirilən görüşlərin vacibliyini və əhəmiyyətini vurğulayıb.
tedbir universitet2 27.02.2020
     Sonra Dövlət Vergi Xidmətinin əməkdaşı İsmayıl Bağırovun slaydlar vasitəsi ilə “Vergi bəyannamələri, onların təqdim edilmə qaydaları və müddətləri” mövzusunda geniş məruzəsi dinlənilib. Məruzə zamanı vergi bəyannaməsi haqqında ümumi məlumat verilərək bəyannamə nə üçün təqdim olunmalıdır, təqdim edilmə müddətləri və s. kimi vacib məsələlər ətraflı şəkildə izah olunub.

     Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30790
Bu gün
Dünən
Bu ay
346
284
1211
Tarix: 04-08-2020