Culfa Rayonunda məcburi dövlət sosial sığorta haqlarının üstünlükləri mövzusunda tədbir keçirilib

tedbir culfa 24.02.2020

Məcburi dövlət sosial sığorta haqlarının və nağdsız hesablaşmaların genişləndirilməsinin üstünlükləri mövzusunda təşkil olunmuş tədbiri Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Zahir Xudiyev açaraq qeyd edib ki, sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

     Culfa Rayon Vergilər Şöbəsinin rəisi Qurban Hacıyev bildirib ki, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda maliyyə sabitliyinin qorunmasına, iqtisadi artımın stimullaşdırılmasına, əhalinin kredit resurslarından istifadə imkanlarının genişlənməsinə xidmət edir. Muxtar respublikanın ən ucqar kəndlərindən rayon mərkəzlərinə, iri ticarət mərkəzlərindən kiçik sahibkarlıq subyektlərinə qədər real sektorun bütün sahələrində genişləndirilən POS-terminal şəbəkəsinin qurulması bu sahənin daha da inkişafına şərait yaradır.

     Çıxışlarda diqqətə çatdırılıb ki, işçilərin sosial sığorta olunması prinsipləri və bununla bağlı digər münasibətlər Əmək Məcəlləsi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının qanunu və onların əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta olunmuş hər bir işçiyə qanunvericiliyə müvafiq olaraq tərtib edilmiş dövlət sosial sığorta şəhadətnaməsi verilir.

     Ödənilən rəsmi əmək haqları – sabah üçün işçinin sabit sosial təminatının təməlini indidən qoymuş olur. Hər bir vətəndaş çalışmalıdır ki, işə götürülərkən onunla əmək müqaviləsinin bağlanılmasına nail olsun, ticarət obyektlərində alış veriş zamanı ödənişi nağdsız qaydada həyata keçirsin, və bununla da muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlara öz töhfəsini versin.

     Sonda tədbir istirakçıları arasında müzakirələr aparılıb, sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30831
Bu gün
Dünən
Bu ay
14
373
1252
Tarix: 05-08-2020