Vergi Məcəlləsinə və “Tibbi sığotra haqqında” Qanuna edilmiş dəyişiklikər barədə maarifləndirici tədbir keçirilib

tedbir 1 20.02.2020tedbir 3 20.02.2020

     Şərur və Sədərək rayonlarında Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, həmçinin “Tibbi sığotra haqqında” Qanuna edilmiş dəyişiklikər barədə sahibkarların və mühasiblərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

     Tədbirlərdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Elçin Babayev qeyd edib ki, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır.

tedbir 20.02.2020
     Həmçinin, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən heyvan və quş ətinin satışı ilə yanaşı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr də 2020-ci il yanvarın 1-dən 4 il müddətinə əlavə dəyər vergisidən azaddır.

tedbir 2 20.02.2020

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin şöbəsinin rəisi Rəşad Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş yeniliklər haqqında sahibkarların nəzərinə çatdırıb ki, Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və Tibbi sığorta haqqında Azərbaycan Respublikasinin qanunu əsasən sığortaolunanlar üzrə sığorta haqları minimum aylıq əməkhaqqının 4 faizini təşkil edir. Nəzərə alsaq ki, minimum aylıq əmək haqqı 250 manatdır, qeyd olunan şəxslərin aylıq tibbi sığorta haqqı 10 manat təşkil edir.

     Həmçinin yeniliklər haqqında sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30816
Bu gün
Dünən
Bu ay
372
284
1237
Tarix: 04-08-2020