Maarifləndirici tədbirlər davam etdirilir

tedbir 12.02.2020

Şahbuz və Kəngərli rayonlarında Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, həmçinin “Tibbi sığotra haqqında” Qanuna edilmiş dəyişiklikər barədə sahibkarların və mühasiblərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirlərdə qeyd edilib ki, 1 yanvar 2020-ci ildən etibarən əlavə dəyər vergisi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab olunduğundan səmərəli vergi nəzarəti mexanizminin qurulması məqsədilə əlavə dəyər vergisi ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların aylıq olaraq əldə edilməsi nəzərdə tutulur.

tedbir 12.02.2020 2
Nəzərə çatdırılıb ki, dəyişikliklərə qədər vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə qarşı tərəfə (alıcıya) elektron qaimə-faktura, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış ƏDV ödəyiciləri tərəfindən əlavə olaraq elektron vergi hesab-faktura təqdim edilirdi. Vergi ödəyiciləri üçün vergi inzibatçılığının sadələşdirilməsi və vergi ödəyiciləri arasında aparılan əməliyyatlar üzrə sənədləşdirmədə çevikliyin təmin edilməsi məqsədi ilə 1 yanvar 2020-ci il tarixindən etibarən elektron vergi hesab-faktura tam olaraq elektron qaimə-faktura ilə əvəz olunur və vahid sənəd formasında təqdim ediləcək.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir. Həmçinin yeniliklər haqqında sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30823
Bu gün
Dünən
Bu ay
6
373
1244
Tarix: 05-08-2020