“Nağdsız ödəyin, hədiyyə qazanın!” tədbirinin qalibləri mükafatlandırılıb

12ci tiraj

Naxçıvan Muxtar Respublikasında ənənə halını almış “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on ikinci tirajının qalibləri müəyyənləşib. 2019-cu il iyulun 1-dən 2020-ci ilin yanvarın 1-dək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram’’ın icrasının uğurla davam etdirildiyini bildirib.
Qeyd edilib ki, nağdsız əməliyyatların rahat həyata keçirilməsi üçün muxtar respublika ərazisində quraşdırılan POS-terminallar əsasən vətəndaşların daha çox üz tutduqları ticarət, iaşə, digər xidmət sahələrində, o cümlədən sığorta haqlarının ödənilməsi üçün sığorta agentliklərində, kommunal xərclərin ödənilməsi üçün yerli poçt şöbələrində quraşdırılıb. Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 01 yanvar 2020-ci il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərinə 1278 ədəd POS-terminal quraşdırılıb.
Vurğulanıb ki, nağdsız dövriyyənin artırılması məqsədilə aparılan maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini verib. Belə ki, təkcə 2019-cu ilin birinci yarımilində 398 şəxsə 25 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Ümumilikdə 2014-cü ildən başlayaraq keçirilən 11 tirajda 2577 vətəndaşa 165 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 12-ci tirajında 412 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim ediləcəkdir. 12ci tiraj 3
Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin iqtisadi təhlil və statistika şöbəsinin rəisi Emin Quliyev qeyd edib ki, müasir dövrün aktual iqtisadi istiqamətlərindən biri məhz nağdsız ödəniş sisteminin inkişaf etdirilməsidir. Maliyyə infrastrukturunun əsas tərkib hissələrindən olan elektron ödəniş sistemi maliyyə sabitliyinin və ümumi iqtisadi inkişafın təminatında mühüm əhəmiyyət kəsb edir. Nağdsız ödənişlərə marağın gündən-günə artması statistik rəqəmlərdə də müşahidə olunur. 2019-cu ilin yanvar-dekabr aylarında POS- terminal və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 45 milyon 550 min 608 manat təşkil edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 10 milyon 457 min 258 manat artım qeydə alınıb. Nağdsız ödənişlərin 14 milyon 717 min 545 manatı POS-terminallar vasitəsilə, 30 milyon 833 min 63 manatı isə internet və digər ödəniş vasitələri üzərindən icra edilib.  
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin rəisi Rəşad Əliyev çıxışında nəzərə çatdırıb ki, 6 ay ərzində bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar alınmaqla və bir sıra amillər uyğun olaraq hədiyyələr meyarlar üzrə qrublaşdırılıb. Belə ki, 1-ci meyar üzrə, 400-manatdan 601-manatadək nağdsız əməliyat aparan şəxslərə təqdim olunan hədiyyələrin dəyəri 30-50 manat arasında müəyyən olunub ki, bu meyyarda muxtar respublika üzrə 177 şəxs o cümlədən Naxçıvan şəhəri üzrə üzrə 31 şəxs hədiyyə qazanıb, 2-ci meyar üzrə 601-manatdan 801-manatadək nağdsız əməliyat aparan şəxslərə təqdim olunan hədiyyələrin dəyəri 50-70 manat arasında müəyyən olunub ki, bu meyyarda da muxtar respublika üzrə 122 şəxs o cümlədən Naxçıvan şəhəri üzrə 27 şəxs hədiyyə qazanıb, 3-cü meyar üzrə 801-manatdan çox nağdsız əməliyat aparan şəxslərə təqdim olunan hədiyyələrin dəyəri 70-90 manat arasında müəyyən olunub ki, bu meyarda da muxtar respublika üzrə 113 şəxs o cümlədən Naxçıvan şəhəri üzrə 20 şəxs hədiyyə qazanıb.
Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, oxşar tədbirlər Naxçıvan şəhəri ilə yanaşı Şərur, Babək, Culfa, Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayonlarında da keçirilib. Bütün qaliblərə mükafatları təqdim olunub. Hədiyyə qazanmış şəxslər təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğunun ayrı-ayrı sahələrində çalışan işçiləri, o cümlədən qeyd olunan sahələrdə çalışan texniki inzibati xidməti işçiləri, hüquq mühafizə orqanlarının, özəl sahələrdə çalışan müxtəlif peşə yönümlü işçiləri, fərdi vətəndaşları və təqaüdçüləri əhatə edir.

12ci tiraj 2

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

İnternet vergi idarəsi

30799
Bu gün
Dünən
Bu ay
355
284
1220
Tarix: 04-08-2020