Maarifləndirici tədbir keçirilib

Tedbir culfa 28.01.2020Tedbir ordubad 28.01.2020

     Culfa və Ordubad rayonlarında Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, həmçinin “Tibbi sığotra haqqında” Qanuna edilmiş dəyişiklikər barədə sahibkarların və mühasiblərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

     Dövlət Vergi Xidmətinin şöbə rəisi Rəşad Əliyev və Dövlət Vergi Xidmətinin əməkdaşı Elçin Babayev sahibkarların nəzərinə çatdırıb ki, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu seçmək hüquqları var. Vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu seçmək hüququna malikdirlər.

     Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, “Tibbi sığotra haqqında” Qanuna uyğun olaraq işəgötürənlər 2020-ci ilin yanvar yox aprel ayından etibarən icbari tibbi sığorta hesablanmasını həyata keçirməlidirlər.
Həmçinin yeniliklər haqqında sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30811
Bu gün
Dünən
Bu ay
367
284
1232
Tarix: 04-08-2020