Naxçıvan MR Vergilər Nazirliyinə müraciət

Naxçıvan MR Vergilər Nazirliyinə müraciət

Naxçıvan MR Vergilər Nazirliyinə göndərdiyiniz ismarıc qeydə alındı. Sizinlə tezliklə əlaqə yaradılacaq.

Əmək müqaviləsi sizi qoruyur!

İŞƏGÖTÜRƏNLƏRİN NƏZƏRİNƏ!

Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Qanunla əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir.

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır. Vergi ödəyiciləri ASAN İmza sertifikatı üçün nömrəni Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən 18 manat ödəməklə əldə edə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla müvafiq sertifikatı ala bilərlər. Bundan sonra əmək müqavilələri elektron informasiya sisteminə daxil edilə bilər.

Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin53.1-ci və Cinayət Məcəlləsinin162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Əlavə məlumatı www.vergi.nakhchivan.az və www.e-hokumet.nmr.az saytlarından, və 545 77 53  Vergi Ödəyicilərinə Xidmət Şöbəsinin telefon nömrəsindən əldə edə bilərsiniz.

NAXÇIVAN MR VERGİLƏR NAZİRLİYİ

Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması

 

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Bildiririk ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilmişdir və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar.

İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olacaq. Unutmayın ki, sizlərə ödənilən rəsmi əmək haqları - sabah üçün sabit sosial təminatınızın təməlini qoyur! 

Bununla bağlı hüquqlarınız pozularsa, Vergilər Nazirliyinin 545 77 53  Vergi Ödəyicilərinə Xidmət Şöbəsinə müraciət edə bilərsiniz.

NAXÇIVAN MR VERGİLƏR NAZİRLİYİ

 "Asan İmza" mobil elektron imza vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması barədə təlimat