Büdcə gəlirlərinin yenilənmiş təsnifat kodları

     Məlum olduğu kimi, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2020-ci il tarixli 83 nömrəli və 14 dekabr 2020-ci il tarixli 494 nömrəli Qərarları ilə “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda bir sıra əlavə və dəyişikliklər həyata keçirilmişdir.

     Yeni redaksiyada təsdiq olunmuş təsnifat kodlarının məzmununda konkret meyarlar nəzərdə tutulmuş, eyni zamanda daxilolmalar üzrə uçotun təkmilləşdirilməsi məqsədilə digər vergi və məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, icbari tibbi sığorta üzrə sığorta haqlarının da daha təfsilatlı bölgüsü müəyyən edilmişdir.

     Qeyd olunan dəyişikliklərlə əlaqədar Dövlət Xəzinədarlığı Agentliyinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ünvanlanan bütün növ ödənişlərin həyata keçirilməsi zamanı banklarda yarana biləcək problemlərin qarşısının alınması və bu ödənişlərin təyinatı üzrə çatdırılması məqsədilə yenilənmiş büdcə gəlirlərinin təsnifat kodları barədə məlumat bu bildirişə əlavədə Sizə təqdim olunur.

     Fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməyiniz tövsiyə olunur.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

028478
Bu gün
Dünən
Bu ay
548
262
6265