Tələbələrlə növbəti görüş keçirilib

tedbir 01.04.2022 2tedbir 01.04.2022

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə hamiliyə verilmiş “Naxçıvan” Universitetinin “Biznesin idarə edilməsi” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib. Tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində keçirilən görüşdə “Naxçıvan” Universitetinin İdarəetmə fakultəsinin dekanı Tural Məmmədzadə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli Sərəncamının icrası ilə bağlı tələbələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışıb.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşı Nihad Möhbalıyev “Vergi nəzarəti və onun formaları, kameral və səyyar vergi yoxlaması” mövzusunda çıxış edərək nəzərə çatdırıb ki, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər.

     Kameral vergi yoxlaması haqda məlumat verilərək bildirilib ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

     Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

055850
Bu gün
Dünən
Bu ay
339
259
6865