Sədərək kəndində “Rəqəmsal ödəniş xidmətləri”nin tətbiqi mövzusunda tədbir keçirilib

sederek gorush 22.09.2021

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə Sədərək rayonunun Sədərək kəndində sahibkarlar və kənd sakinlərinin iştirakı ilə “Rəqəmsal ödəniş xidmətləri”nin tətbiqi və POS-terminallardan istifadə mövzusunda tədbir keçirilib.

     Qeyd edilib ki, tədbirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə bağlıdır. Nəzərə çatdırıb ki, internet və digər ödəniş vasitələrilə yanaşı nağdsız ödənişlərin əsas vasitələrindən biri olan POS-terminalların tətbiqi vətəndaşlara xidmət göstərilən ticarət, iaşə və digər sahələrində, Publik hüquqi şəxs statuslu müəssisələrdə, ümumiyyətlə POS-terminalların quraşdırılması vacib olan obyektlərdə quraşdırılıb ki, hər bir vətəndaş ödənişlərini nağdsız qaydada həyata keçirsin. Qeyd olunub ki, nağdsız ödənişlər artdıqca, ödəniş sistemləri daha effektiv şəkildə fəaliyyət göstərməyə başlayır və xərclərin azaldılması imkanları yaranır. Digər tərəfdən, ödəniş sistemlərinin inkişafı əhalinin kreditə çıxış imkanlarını artırır və bu zaman kartlar rahat ödəniş vasitəsi kimi çıxış edir. Beləliklə, nağdsız ödənişlər iqtisadi inkişafa müsbət təkan verir. Həmçinin, elektron ödəniş xidmətlərinin tətbiqinin genişləndirilməsi vergidən yayınma hallarının aradan qaldırılmasına, dövlət müəssisə və təşkilatları tərəfindən pul vəsaitlərinin səmərəli istifadə olunmasına, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə xidmət edir.

     Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılıb.

     Qeyd edək ki, oxşar maarifləndirmə və məlumatlandırma tədbirləri muxtar respublikanın digər rayonlarında da keçirilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048734
Bu gün
Dünən
Bu ay
669
140
7205