Qarşıya qoyulmuş vəzifələr icra edilir

Babek vergi     2022-ci ilin yanvar-iyun ayları ərzində Babək Rayon Vergilər İdarəsi tərəfindən vergi və sosial sığorta haqqında qanunvericiliyə riayət edilməsinə, qanunvericiliklə müəyyənləşdirilmiş vergilərin, sosial sığorta, işsizlik sığortası və digər icbari ödənişlərin düzgün hesablanmasına, büdcəyə vaxtında və tam köçürülməsinə nəzarət gücləndirilib.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vergi xidməti orqanlarına göstərdiyi qayğının, rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinin, davamlı sosial-iqtisadi yüksəlişin, yeni istehsal, emal, ticarət və xidmət obyektlərinin yaradılmasının nəticəsidir ki, I yarımil ərzində vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırığa 103,4 faiz əməl edilib. Bu dövrdə vergi potensialının yerlərə getmədən müəyyən edilməsi istiqamətində nəzarət işlərinin səviyyəsi daha da artırılıb, 2022-ci ilin ilk 6 ayı ərzində Vergilər İdarəsinə təqdim olunmuş bəyannamələrin kameral yoxlanılmasına, əlaqəli məlumatlara əsasən 6613,8 manat əlavə vergi hesablanıb və büdcəyə ödənilib.

     Hesabat dövrü ərzində operativ nəzarət işləri zamanı 42 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olunması faktı aşkar edilib və həmin şəxslərə maliyyə sanksiyası tətbiq olunub. Bu dövrdə işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanılmasına da nəzarət artırılıb.

     Bu ilin yanvar-iyun ayları ərzində POS-terminallardan səmərəli istifadəni təmin etmək və nağd pul dövriyyəsinin həcmini azaltmaq məqsədilə vergi ödəyiciləri və plastik kart istifadəçiləri ilə görüşlər keçirilib, nağdsız ödənişlərin üstünlükləri onlara izah olunub. Qeyd olunan dövrdə şəhər, qəsəbə və kəndlərdə fəaliyyət göstərən aktiv vergi ödəyicilərinə bank he sabları açılaraq satış pullarının hesablara qoyulması, ödənişlərin nağdsız qaydada köçürmə yolu ilə həyata keçirilməsi, işçilərin plastik kartlarla təmin edilməsi və əməliyyatların daha səmərəli şəkildə idarə olunması üçün bankın müştəri xidmətlərinə keçirilməsi istiqamətində tədbirlər görülüb.

     2022-ci ilin birinci yarımilində idarənin vergi ödəyicilərinə xidmət sahəsində də bir sıra işlər görülüb. Belə ki, bu dövrdə 741 vergi ödəyicisi şöbədə qəbul edilərək onlara xidmət göstərilib, vergi ödəyicilərindən daxil olmuş 729 yazılı müraciət vaxtında və qanunamüvafıq cavablandırılıb, maarifləndirici görüşlər təşkil olunub.

     Vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə bu ilin ilk 6 ayı ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 114 fiziki şəxslə “Vergi hesabatlarının elektron sə-nəd formasında göndərilməsi haqqında” müqavilə bağlanılaraq onlara parol-şifrə verilib.

     Babək Rayon Vergilər İdarəsi bundan sonra da dövründə də dövlət büdcəsi, sosial sığorta və işsizlikdən sığorta üzrə illik proqnozların vaxtında və tam həcmdə icrası ilə əlaqədar işini günün tələbləri səviyyəsində quracaq, qarşıya qoyulmuş vəzifələr icra olunacaq.


Babək Rayon Vergilər İdarəsi

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

076383
Bu gün
Dünən
Bu ay
43
188
1759