Ordubad rayonunun Dəstə kəndində “Nağdsız ödəniş”lərin üstünlükləri sakinlərin diqqətinə çatdırılıb

ordubad deste ordubad deste2

Ordubad rayonunun Dəstə kəndində kart sahiblərinin iştirakı ilə “nağdsız ödəniş”lərin üstünlükləri mövzusunda görüş keçirilib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev nəzərə çatdırıb ki, nağdsız ödəniş vasitələrinin genişləndirilməsi, ödəniş kartları vasitəsi ilə nağdsız ödənişlərin həcminin artırılmasının iqtisadiyyatın inkişafında əvəz olunmaz rolu vardır. Nəzərə alsaq ki, müasir dövrümuzdə ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsi ilə rahat və tam təhlükəsiz qaydada komunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçrülməsi və digər bank xidmətlərini həyata keçirilməsi mümkündür. Əhaliyə xidmət göstərən bankın mobil bank tətbiqini mobil telefonlara yükləməklə qeyd olunan xidmətlərdən tam şəkildə istifadə etmək əlçatanlığı yaranır. Digər bir ödəniş vasitəsi olan POS-terminallarla ticarət mərkəzlərində, iaşə obyektlərində kart vasitəsilə malların, iş və xidmətlərin dəyərini rahat şəkildə ödəniməsinə şərait yaradır. Sahibkarlar da, həmçinin bank hesablarına bağlı olan plastik kartlardan istifadə etməklə vergi və digər kommunal ödənişlərini, ticarət əməliyyatlarını yerinə yetirirlər. Göründüyü kimi POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün çox faydalıdır.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Samil Quliyev qeyd edib ki, elektron ödəniş xidmətlərinin tətbiqinin genişləndirilməsi vergidən yayınma hallarının aradan qaldırılmasına, dövlət müəssisə və təşkilatları tərəfindən pul vəsaitlərinin səmərəli istifadə olunmasına, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə xidmət edir. Məhz bütün bu faktorlar nəzərə alınaraq muxtar respublikada nağdsız ödənişlərin həcminin artırılması və ödəniş vasitələrinin təkmillədirilməsi daim diqqət mərkəzində saxlanan sahələrdəndir. Belə ki, 01 sentyabr 2021-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 117 ədəd, POS-terminalların sayı 1481 ədəd təşkil edir. Quraşdırılan bankomatlardan 7 ədədi , POS-terminallardan 113 ədədi Ordubad rayon ərazisindədir.

     Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər iştirakçılara paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048843
Bu gün
Dünən
Bu ay
778
140
7314