Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində seminar keçirilib

tedbir 14.06.2022 1tedbir 14.06.2022 2

     Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Tədris Mərkəzinin rəis müavini və müəllim heyətinin iştirakı ilə maarifləndirici seminar keçirilib. Seminarda Xidmətin və onun yerli qurumlarının əməkdaşları iştirak ediblər.

     Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov qeyd edib ki, muxtar respublikada vergi ödəyicilərinə yaradılan əlverişli biznes mühitinin nəticəsidir ki, həm hər bir rayon üzrə, həm də bütövlükdə Dövlət Vergi Xidməti üzrə qarşıya qoyulmuş bütün proqnozların artıqlaması ilə icrası mütəmadi olaraq təmin edilir. Vergi ödəyiciləri ilə keçirilən görüşlərdə vergilərin ödənilməsində könüllülüyün təmin edilməsinin muxtar respublika iqtisadiyyatının inkişafına müsbət təsiri diqqətə çatdırılır. Bununla belə Vergi Məcəlləsinə edilən əlavələr və dəyişikliklər, tətbiq edilən dünya təcrübəsi, elektronlaşdırmanın daha da sürətləndirilməsi bu sahədəki məlumatlandırma və təcrübə mübadiləsinin həm də vergi orqanları işçiləri arasında davamlı aparılması zərurətini yaradır. Bu səbəbdən də Tədris Mərkəzinin müəllim heyəti ilə keçirilən bu seminar böyük əhəmiyyət kəsb edir.

     Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov bildirib ki, Mərkəzin məqsədi dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, praktiki iş və idarəetmə qabiliyyətinə, yeni texnologiyalara və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini, eləcə də daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşmasını təmin etmək üçün təhsil proseslərini həyata keçirməkdir.
Nəzərə çatdırıb ki, Mərkəzin vergi orqanlarının əməkdaşları, digər dövlət orqanlarında və təşkilatlarda işləyən şəxslər, eləcə də müstəqil şəxslər üçün vergi işi üzrə əlavə təhsili və vergi sisteminə dair elmi tədqiqatların aparılmasının təşkil edilməsi, vergi işi üzrə əlavə təhsil və vergi sisteminə dair elmi tədqiqatların aparılması sahəsinin inkişafının təmin edilməsi, təhsil prosesində müasir təlim metodlarından, alətlərindən və informasiya texnologiyalarından istifadənin təmin edilməsi və s. kimi fəaliyyət istiqamətləri və vəzifələri vardır.

tedbir 14.06.2022 3tedbir 14.06.2022 3

     Tədris Mərkəzinin əməkdaşları tərəfindən Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin həyata keçirilməsi prosedurları, Vergi Məcəlləsinə edilmiş son əlavələr və dəyişikliklər diqqətə çatdırılıb, slaydlar vasitəsilə verilən məlumatlarda qanunvericiliyin əhəmiyyəti misallarla izah olunub.

     Sonda seminarda təqdim olunan mövzularla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, vergi əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2023

242057
Bu gün
Dünən
Bu ay
144
235
379