Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyinat olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə İbrahimov Anar Vaqif oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
İbrahimov Anar Vaqif oğlu 2006-cı ildən Naxçıvan MR Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili şöbəsində işləyib, müxtəlif illərdə bu şöbədə dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi vəzifələrində çalışıb. 2023-cü ildən Naxçıvan MR Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi vəzifəsində işləyib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin digər sərəncamı ilə Fərrux Məmmədağa oğlu Əkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.