Naxçıvan şəhər Tumbul kəndində “rəqəmsal ödəniş”lər mövzusunda görüş keçirilib

tedbir tumbul 05.05.2022 tedbir tumbul 05.05.2022 3

     Naxçıvan şəhər Tumbul kəndində “nağdsız ödəniş”lərin üstünlükləri mövzusunda görüş keçirilib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatı keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Axundov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Dövlət Proqram”a uyğun olaraq nağdsız ödənişlərdən istifadəni əlçatan etmək üçün Naxçıvan şəhəri ilə yanaşı ətraf kənd və qəsəbələrdə lazımi infrastruktur qurulub.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev slaydlar vasitəsilə məlumat verərək qeyd edib ki, ödəniş kartı ilə ticarət mərkəzlərində, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş avadanlıqdır. POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün çox faydalıdır. POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən, bir qayda olaraq, iki nüsxədə qəbz çap olunur. İmzalanmış qəbzin bir nüsxəsi təsərrüfat subyektində qalır, digəri isə kart sahibinə verilir. Bu qəbzin alınması malın dəyişdirilməsi, geri qaytarılması və istehlakçıların hüquqlarının müdafiəsi baxımından zəruridir.

tedbir tumbul 05.05.2022 2
     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Samil Quliyev nəzərə çatdırıb ki, müasir iqtisadiyyatda nağdsız ödənişlərə həm də biznesin ədalətli inkişafının təminatçısı kimi yanaşılır. Nağdsız ödənişlər kölgə iqtisadiyyatının dairəsini kiçiltdiyindən onun tətbiqinin genişlənməsi haqsız rəqabəti aradan qaldırır.

     Bildirilib ki, nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminalların sayı 01 aprel 2022-ci il tarixə muxtar respublikada 1548 ədədolundur ki, onların 739 ədədi Naxçıvan şəhərində yerləşir. Həmçinin, rahat ödəniş vasitəsi olan ödəniş terminallarının sayı 150 ədəd təşkil edib ki, onların 56-sı MilliOn ödəniş terminalıdır. Qeyd edək ki, həmin terminalların 74 ədədi Naxçıvan şəhərində quraşdırılıb.

     Diqqətə çatdırılıb ki, kənd yerlərində yaşayan vətəndaşlarımızın öz vaxtlarına qənaət edərək və daha rahat ödənişlərini həyata keçirməsi məqsədilə kənd mərkəzlərində fəaliyyət göstərən ticarət və eləcə də müasir üslubda tikilib istifadəyə verilən xidmət mərkəzlərinin böyük əksəriyyətində nağdsız ödənişlərin aparılması üçün POS-terminal aparatları quraşdırılmışdır.

     Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər iştirakçılara paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

076415
Bu gün
Dünən
Bu ay
75
188
1791