Naxçıvan şəhər Qaraxanbəyli kəndində nağdsız ödənişlər mövzusunda maarifləndirici tədbir keçirilib

tedbir 14.03.2022tedbir2 14.03.2022

     Naxçıvan şəhər Qaraxanbəyli kəndində rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və POS-terminallardan istifadə mövzusunda tədbir keçirilib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Axundov bu sahədə kənd sakinlərinə göstərilən xidmətlərdən danışıb.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev qeyd edib ki, nağsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatları tikinti, ticarət, xidmət və s. sahələrdə, həmçinin kənd yerlərində yaşayan vətəndaşlarımızın daha rahat ödənişini təmin etmək məqsədilə xidmət mərkəzlərində nağdsız ödənişlərin aparılması üçün də POS-terminal aparatlarının quraşdırılıb. Bildirilib ki, nağdsız ödənişlərdən istifadə etməklə həm vaxta qənaət etmək, həm də aylıq gəlir və çıxarlarınıza nəzarət etməklə maliyyə vəziyyətninzi nəzarətdə saxlaya bilərsiniz.

     Diqqətə çatdırılıb ki, muxtar respublikada nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu sahədə kütləviliyinin artırılmasına nail olmaq məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Bu günə kimi keçirilən 16 tirajda 4733 muxtar respublika sakininə 290 min manat dəyərində hədiyyələr təqdim olunub.

     Sonra Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Mərhəmət Bayramov bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində nağdsız ödənişin həcmində daim artım müşahidə olunub, əhaliyə göstərilən xidmətlərin sayı artırılaraq elektron hesablaşmaların əhatə dairəsi genişləndirilib. Belə ki, 01 mart 2022-ci il tarixə Naxçıvan şəhərində bankomatların sayı 61 ədəd, POS-terminalların sayı 737 ədəd, ödəniş terminallarının 74 ədəd olub. Cari ilin yanvar-fevral aylarına muxtar respublika üzrə aparılan nağdsız əməliyyatların həcmi 24 milyon 719 min 639 manat təşkil edib ki, bununda 18 milyon 076 min 962 manatı internet və digər ödəniş vasitələri ilə, 6 milyon 642 min 677 manatı POS-terminallar vasitəilə həyata keçirib. Qeyd olunan dövrdə Naxçıvan şəhərində quraşdırılan POS-terminallarla aparılan nağdsız ödənişlərin həcmi isə 4 milyon 607 min 628 manat olub.

     Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

055797
Bu gün
Dünən
Bu ay
286
259
6812