Nağdsız ödənişlərin əhatə dairəsi və həcmi artır

vergi esas bina  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 9 avqust 2019-cu il tarixli Sərəncamla təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə verilmiş vəzifələr və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində 2021-ci ili birinci yarısında işlər davam etdirilib.

     Mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə 57 POS-terminal aparatı quraşdırılıb, ümumi POS-terminal aparatlarının sayı 1467-yə çatdırılıb, bankomat aparatlarının sayı 1 vahid artaraq 115 ədəd, ödəniş terminallarının sayı 18 vahid artaraq 97 ədəd təşkil edib.

     Bu dövdə nağdsız ödənişləri həcmi 56 milyon 188 min 728 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 905 min 381 manat çoxdur.Müvafiq dövlət orqanları ilə birlikdə 2022-ci ilədək özəl sektorda çalışan işçilərin əmək haqlarının nağdsız formada (ödəniş kartları vasitəsilə) ödənişinin başa çatdırılması üçün vergi orqanları tərəfindən vergi ödəyicilərini və sahibkarlarları maarifləndirmə işləri aparılıb və 2021-ci ilin birinci yarımilində özəl sektorda 47 vergi ödəyicisi üzrə 333 işçinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.Yeni yaradılan publik hüquqi şəxs statuslu müəssisələrdə mütəmadi maarifləndirmə işləri aparılmaqla, 3 publik hüquqi şəxsin 10 obyektində ödənişlərin nağdsız qaydada aparılması üçün POS-terminalların quraşdırılması təmin edilib. Dövlət proqramına əsasən muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri sahiblərinin ödəniş kartları ilə təmin edilməsi, həmin şəxslər tərəfindən fəaliyyət göstərdiyi sahələr üzrə vergilərin, sosial ayırmaların, sığorta məbləğlərinin, kommunal xərclərin və dövlət büdcəsinə digər ödənişlərin tamamilə nağdsız şəkildə ödənilməsi üçün ödənişlərin dövlət büdcəsinə onlara məxsus ödəniş kartları vasitəsilə nağdsız aparılması ilə bağlı yerlərdə maarifləndirici tədbirlər keçirilib, qeyd edilən dövrdə 393 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 181586 manat, 970 vergi ödəyicisi tərəfindən isə öz şəxsi kartları (şəxsi istifadə, birkart, təqaüd və s. kartlar) vasitəsi ilə 339074 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində birinci yarımil üzrə sahibkarlıq subyektləri və vətəndaşlarla 14 halda maarifləndirici görüşlər keçirilib. 2021-ci ilin fevral ayında nağdsız ödənişlərin həcminin artırılması məqsədilə, kart sahibləri arasında “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 14-cü tirajı keçirilib və muxtar respublika üzrə 442 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib. Cari ilin birinci yarımilinin nəticələrinə uyğun olaraq növbəti tirajda daha çox nağdsız əməliyyat həyata keçirən vətəndaşların mükafatlandırılması nəzərdə tutulub.
     
     Dövlət proqramının icrası ilə əlaqədar Dövlət Vergi Xidmətinin qarşısına qoyulan tapşırıqların icrası daim diqqət mərkəzində saxlanılmaqla, muxtar respublikada nağdsız ödənişlərin genilədirilməsi və ümumi iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048763
Bu gün
Dünən
Bu ay
698
140
7234