Kəngərli rayonunun Yurdçu kəndində nağdsız ödənişlərin tətbiqi mövzusunda maarifləndirici görüş keçirilib

tedbir kengerli 16.03.2022tedbir kengerli2 16.03.2022

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı Kəngərli rayonunun Yurdçu kəndində kart sahiblərinin iştirakı ilə rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi mövzusunda tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Nuran Şahhüseynov qeyd edib ki, nağdsız hesablaşmalar sahəsində rayon ərazisində işlər davam etdirilib, ödəniş infrastrukturunun yenilənməsi və nağdsız ödəniş alətlərinin quraşdırılması diqqətdə saxlanılıb.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikasında nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyatların həcminin artırılması, institusional mühitin yaradılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamına əsasən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub.

     Qeyd olunub ki, müasir dövrümuüdə ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsi ilə rahat və tam təhlükəsiz qaydada komunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçrülməsi və digər bank xidmətlərini həyata keçirilməsi mümkündür. Əhaliyə xidmət göstərən bankın mobil bank tətbiqini mobil telefonlara yükləməklə yuxarıda sadaladığımız bank xidmətlərindən tam şəkildə istifadə etmək mümkündür. “Naxçıvanbank” ASC-yə məxsus ödəniş kartları üçün “CİB”, Beynəlxalq bank ASC-yə məxsus ödəniş kartları üçün “İBA-mobile”, Kapitalbank-ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil tətbiqindən istifadə etmək qeyd olunan əməliyyatları yerinə yetirmək olar.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Ceyhun İbrahimov bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində nağdsız ödənişin həcmində daim artım müşahidə olunub, əhaliyə göstərilən xidmətlərin sayı artırılaraq elektron hesablaşmaların əhatə dairəsi genişləndirilib. Belə ki, 01 mart 2022-ci il tarixə Kəngərli rayonunda bankomatların sayı 6 ədəd, POS-terminalların sayı 87 ədəd, ödəniş terminallarının 9 ədəd olub. Qeyd olunan dövrdə Kəngərli rayonunda quraşdırılan POS-terminallarla aparılan nağdsız ödənişlərin həcmi isə 206 min 082 manat olub. Həmçinin, nəzərə çatdırılıb ki, “Naxçıvanbank” ASC-yə məxsus ödənişkartları üçün “CİB”, Beynəıxalq bank ASC-yə məxsus ödənişkartları üçün “İBA-mobil”, Kapitalbank” ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil bank tətbiqlərini mobil telefonlara yükləməklə bank xidmətlərindən istifadə etmək mümkündür.

     Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

055805
Bu gün
Dünən
Bu ay
294
259
6820