Kəngərli Rayonunun Xok kəndində “Nağdsız ödəniş xidmətləri”nin tətbiqi mövzusunda tədbir keçirilib

tedbir Xok 08.06.2022 1tedbir Xok 08.06.2022 2

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə Kəngərli Rayonunun Xok kəndində sakinlərlə “nağdsız ödənişlərin üstünlüklərindən” və POS-terminallardan istifadə mövzusunda tədbir keçirilib.

     Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nuran Şahhüseynov bildirib ki, 9 avqust 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə” Dövlət Proqramın təsdiqi ilə bağlı nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan Proqram əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi məqsədini daşıyır.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşı Fərid Əliyev qeyd edib ki, nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldıran və sosial əhəmiyyətli üstünlüklərə malikdir. Muxtar respublikada nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu yolla nağdsız əməliyyatların genişləndirilməsinə və bu sahədə kütləviliyinin artırılmasına nail olmaq məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Bu günə kimi keçirilən 16 tirajda 4733 muxtar respublika, o cümlədən 448 nəfər Kəngərli rayon sakininə 290 min manat dəyərində hədiyyələr təqdim olunub. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Behruz Hüseynov nəzərə çatdırıb ki, nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı maarifləndirici və həvəsləndirici tədbirlərin keçirilməsi nəticəsində əhalidə nağdsız ödənişlərə maraq daha da artır, nağdsız ödənişləri əhatə dairəsi genişlənir. Bildirib ki, 01 may 2022-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 117 ədəd, POS-terminalların sayı 1557 ədəd, ödəniş terminallarının sayı 150 ədəd təşkil edib. Quraşdırılan POS-terminalların 85 ədədi, bankomatların 6 ədədi, ödəniş terminallarının isə 9 ədədi Kəngərli rayon ərazisində yerləşir.

     Bildirilib ki, müasir dövrümüzdə ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsi ilə rahat və tam təhlükəsiz qaydada kommunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçürülməsi və digər bank xidmətlərini həyata keçirilməsi mümkündür. Naxçıvanbank” ASC-yə məxsus ödəniş kartları üçün “CİB”, Beynəlxalq bank ASC-yə məxsus ödəniş kartları üçün “İBA-mobile”, Kapitalbank-ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil tətbiqindən istifadə etməklə sadalanan xidmətlərdən rahat yararlanaraq ödənişləri nağdsız qaydada və vaxta qənaətetməklə yerinə yetirmək olar.

     Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb və “nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirlərin maarifləndirci bukletlər iştirakçılara paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2023

242114
Bu gün
Dünən
Bu ay
201
235
436