Kəngərli rayonunun Şahtaxtı kəndinin sakinləri ilə görüş keçirilib

kengerli saxtaxti

     Kəngərli rayonunun Şahtaxtı kəndində sahibkarlar və kənd sakinlərinin iştirakı ilə “rəqəmsal ödəniş xidmətləri”nin tətbiqi və POS-terminallardan istifadə mövzusunda tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nuran Şahhüseynov nağdsız hesablaşmaların rahatlığı və təhlükəsizliyi barədə məlumat verib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev bildirib ki, vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırır.
Muxtar respublikamızda nağdsız dövriyyənin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər daima diqqət mərkəzində saxlanılır. 01 avqust 2021-ci il tarixə əsas ödəniş alətlərindən olan POS-terminalların sayı 1481 ədəd olmaqla 81 ədədi, bankomatların sayı 117 ədəd təşkil etməklə 5 ədədi Kəngərli rayonunda yerləşir. Ödənişlərin nağdsız həyata keçirilməsi üçün vasitələrin genişləndiriməsi ilə yanaşı stimullaşdırıcı tədbirlə də keçirilməkdə davam edir. Belə ki, “nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin bu günə kimi keçirilmiş 15 tirajında 4302 vətəndaşa 265 min manat dəyərində hədiyyə təqdim olunub.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Samil Quliyev nəzərə çatdırıb ki, plastik kartlardan istifadə büdcəyə nəzarət imkanı verir. Nağdsız ödənişlərin əsas üstünlüklərindən biri onların tətbiq edilməsinin rahat olmasıdır. Üzərinizdə böyük miqdarda nağd pul daşımağa ehtiyac qalmır, həm ölkə daxilində, həm də xaricdə alış-veriş üçün ödəniş imkanı yaranır. Hər dəfə pul çıxarmağa, böyük əskinazları xırdalamağa, habelə pul qalığını xırda qəpiklərlə geri almağa ehtiyac qalmır. Nağdsız ödəniş vasitələrinin genişləndirilməsi, ödəniş kartları vasitəsi ilə nağdsız ödənişlərin həcminin artırılmasının iqtisadiyyatın inkişafında əvəz olunmaz rolu vardır. Nəzərə alsaq ki, müasir dövrümuzdə ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsi ilə rahat və tam təhlükəsiz qaydada kommunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçrülməsi və digər bank xidmətlərini həyata keçirilməsi mümkündür.

     Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048775
Bu gün
Dünən
Bu ay
710
140
7246