İcbari və könüllü sığortanın əhəmiyyəti mövzusunda maarifləndirici tədbir keçirilib

tedbir sigorta 1 17.05.2022 tedbir sigorta 2 17.05.2022

   Naxçıvan Muxtar Respublikasının Dövlət  Vergi Xidmətində icbari və könüllü sığortanın əhəmiyyəti mövzusunda maarifləndirici tədbir keçirilib.

     Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri  Fərrux Əkbərov tədbiri açıq elan edərək bildirib ki, müasir bazar iqtisadiyyatı şəraitində zaman-zaman fərdlər üçün müəyyən risklər, təhlükələr qaçılmazdır. Dövrümüzdə bu tipli qeyri-müəyyənliklər nəticəsində ortaya çıxan təhlükələrin, zərərlərin qarşısını almaq üçün bir sıra vasitələrdən istifadə olunur. Məhz, bu gün keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətinin əməkdaşları tərəfindən müxtəlif sığorta növləri haqqında məlumatlar verilərək, sığortanın insan həyatı üçün nə qədər vacib olduğu nəzərə çatdırılacaq.

tedbir sigorta 3 17.05.2022

     Daha sonra Dövlət Sığorta Xidmətinin direktor müavini Musa Əliyev vurğulayıb ki, bugünkü tədbirin məqsədi vətəndaşlar arasında icbari və könüllü sığortaya olan maraq və inamın artırılması və sığorta növlərinin inkişaf etdirilməsidir.

     Daha sonra Xidmətin əməkdaşları Vüsal Ağayev “Daşınmaz əmlakın icbari sığortası və “Fiziki şəxslərə məxsus olan heyvanların sığortası”, Amil Məmmədov “Fiziki şəxslərə məxsus olan əmlakların sığortası” və “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası”, Aysel Əliyeva isə Fərdi qəza sığortası barədə geniş məlumatlar veriblər.

     Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, Xidmətin işçilərinə qeyd olunan sığorta növlərinə dair buklet və broşür paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

076440
Bu gün
Dünən
Bu ay
100
188
1816