Dövlət Vergi Xidmətinin kollektivi Milli Dəyərlər Muzeyində olublar

muzey milli deyerler
  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Dövlət Vergi Xidmətinin muzeylərə kollektiv gedişi davam etdirilir. 28 avqust 2021-ci il tarixdə Xidmətin kollektivi “Muzey günləri” çərçivəsində Milli Dəyərlər Muzeyində olublar. Bələdçi bildirib ki, muxtar respublikamızda milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentin nəzdində Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. 3 ekspozisiya zalından ibarət olan muzeydə xalqımızın qədim dövrlərdən istifadə etdiyi milli geyimlər, musiqi alətləri, mətbəx və məişət əşyaları, sənətkarlıq nümunələri, həmçinin milli dəyərlərlə bağlı kitab və videomateriallar nümayiş olunur. Muzeyin fondunda ümumilikdə 265 ədəd eksponat vardır ki, bunlardan 8-i fondda qorunub saxlanılır, 257-si isə ekspozisiyada sərgilənir.Muzeydə sərgilənən sənətkarlıq nümunələri, milli dəyərlərimizi təbliğ edən, qoruyub saxlayan eksponatlar əməkdaşlar tərəfində maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048743
Bu gün
Dünən
Bu ay
678
140
7214