Dövlət Vergi Xidmətinin əməkdaşları virusa qarşı vaksinasiyaya cəlb edilib

vaksinasiya vaksinasiya2

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və vergi orqanları strukturlarının əməkdaşlarına COVID-19 virusuna qarşı ikinci doza vaksin vurulub.

     Dövlət Vergi Xidməti, eləcə də xidmətin Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən idarə və şöbələrinin 200-dən artıq əməkdaşı vaksinasiyaya cəlb edilib. Peyvəndləmədə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksinindən istifadə edilib və heç bir narahatlıq müşahidə olunmayıb.

     Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevral ayından etibarən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının vaksinasiyası həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048786
Bu gün
Dünən
Bu ay
721
140
7257