Dövlət Vergi Xidmətində istehsalat təcrübəsi keçən tələbələr bir sıra sahibkarlıq obyektlərində olublar

tedbir tecrube 2 23.05.2022tedbir tecrube 2 23.05.2022tedbir tecrube 2 23.05.2022

   Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində istehsalat təcrübəsinə cəlb olunan “Naxçıvan” Universitetinin “Maliyyə” ixtisasında təhsil alan tələbələrin  bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, tələbələr təcrübə dərsləri çərçivəsində Dövlət Vergi Xidməti əməkdaşlarının iştirakı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq obyektlərində olublar. Tələbələrə vergi nəzarəti və onun formaları, vergilərin müəyyən edilməsinin əsas şərtləri və vergi yoxlamaları haqqında geniş məlumatlar verilib.

     Diqqətə çatdırılıb ki, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında aparılan yoxlamalardır.

     Nəzarət-kassa aparatı haqqında məlumatlar verilərək bildirilib ki, bu aparat malların təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıqdır. Nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin (obyektinin) adı, malın və ya xidmətin adı, bir vahidinin qiyməti və yekun məbləğ və s. kimi məlumatlar əks olunmalıdır. Tələbələr bu aparatların işləmə mexanizmləri ilə də tanış olublar. Həmçinin məlumat verilib ki, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara bir və ya bir neçə dəfə yol verdiyinə görə qanunvericilikdə müəyyən olunmuş məbləğlərdə maliyyə sanksiyaları tətbiq olunur.

tedbir tecrube 4 23.05.2022tedbir tecrube 4 23.05.2022

     POS-terminallar vasitəsi ilə ödənişlərin ənənəvi və təmassız qaydada qəbul edilməsini müşahidə edən tələbələr müəyyən səbəblərə görə həmin vəsaitin təkrar vətəndaşın kartına geri qaytarılması prosesini də izləyiblər.

     Qeyd olunan sahələr üzrə tələbələri maraqlandıran suallar mümkün əyani vasitələrdən istifadə edilərək cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

076392
Bu gün
Dünən
Bu ay
52
188
1768