Dövlət Proqramının icrası təmin olunur

vergi esas bina     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 9 avqust 2019-cu il tarixli Sərəncamla təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə verilmiş vəzifələr və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində 2022-ci ili birinci rübündə işlər davam etdirilib.

     Mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə tədbirlər davam etdirilib, 1 aprel 2022-ci il tarixə muxtar respublika üzrə POS-terminal aparatlarının sayı 1548-ə çatdırılıb ki, onların da 739 ədədi Naxçıvan şəhərində, 809 ədədi rayon və kənd mərkəzlərində quraşdırılıb, ödəniş terminallarının sayı 150 ədəd təşkil edib, onların 56-sı MilliOn ödəniş terminalı olmaqla, 74 ədədi Naxçıvan şəhərində, 76 ədədi rayon mərkəzlərində yerləşdirilib, bankomatların sayı isə 116 ədəd olub. 2022-ci ilin birinci rübündə nağdsız ödənişlərin həcmi 38 milyon 924 min 721 manat olub ki, ödənişlərin 11 milyon 13 min 885 manatı POS-terminallar, 27 milyon 910 min 836 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.

     Vergi orqanları tərəfindən vergi ödəyicilərini və sahibkarları maarifləndirmə işləri aparılıb, cari ilin 1-ci rübündə özəl sektorda 3 vergi ödəyicisi üzrə 19 işçinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
Yeni yaradılan publik hüquqi şəxs statuslu müəssisələrdə mütəmadi maarifləndirmə işləri aparılmaqla, 2 publik hüquqi şəxsin 2 obyektində ödənişlərin nağdsız qaydada qəbul edilməsi üçün POS-terminalların quraşdırılması təmin olunub.
Muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri də ödəişərini nağdsız qaydada həyata keçirib. Belə ki, qeyd edilən dövrdə 206 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 130 min 719 manat, 732 vergi ödəyicisi tərəfindən isə öz şəxsi kartları vasitəsi ilə 323 min 975 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.

     Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində birinci rüb üzrə sahibkarlıq subyektləri və vətəndaşlarla 7 halda maarifləndirici görüşlər keçirilib, fevral ayında 2021-ci ilin 2-ci yarımilinin nəticələrində uyğun olaraq daha çox nağdsız ödənişlər aparan vətəndaşlar arasında “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 16-ci tirajı keçirilib və muxtar respublika üzrə 431 sakinə 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunub.
Dövlət proqramının icrası ilə əlaqədar Dövlət Vergi Xidmətinin qarşısına qoyulan tapşırıqların icrası daim diqqət mərkəzində saxlanılmaqla, muxtar respublikada nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi və əməliyyat həcminin artırılmas istiqamətində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

055818
Bu gün
Dünən
Bu ay
307
259
6833