Culfa rayonunun Xanəgah kəndində “Nağdsız ödəniş”lər mövzusunda görüş keçirilib

Culfa Xanəgah

  Culfa rayonunun Xanəgah kəndində kart sahiblərinin iştirakı ilə “nağdsız ödəniş”lərin genişləndiriməsi istiqamətində görüş keçirilib.

     Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Valeh Kəngərli diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilib və həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev nəzərə çatdırıb ki, nağdsız ödəniş pul nişanlarından istifadə etmədən ödəniş vasitələri olan ödəniş kartları, ödəniş tapşırığı, mobil telefon aparatları, kompüter və digər avadanlıq vasitəsilə pul və¬saitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi yolu ilə həyata keçirilən hesablaşmadır. Ödəniş kartı ilə ticarət mərkəzlərində, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş avadanlıqdır.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Tamerlan Məmmədov qeyd edib ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində nağdsız ödənişin həcmində daim artım müşahidə olunub, əhaliyə göstərilən xidmətlərin sayı artırılaraq elektron hesablaşmaların əhatə dairəsi genişləndirilib.

     Bildirilib ki, müasir dövrümüzdə ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsi ilə rahat və tam təhlükəsiz qaydada kommunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçürülməsi və digər bank xidmətlərini həyata keçirilməsi mümkündür. Naxçıvanbank” ASC-yə məxsus ödəniş kartları üçün “CİB”, Beynəlxalq bank ASC-yə məxsus ödəniş kartları üçün “İBA-mobile”, Kapitalbank-ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil tətbiqindən istifadə etməklə sadalanan xidmətlərdən rahat yararlanaraq ödənişləri nağdsız qaydada və vaxta qənaətetməklə yerinə yetirmək olar. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər iştirakçılara paylanılıb.

     Qeyd edək ki, oxşar tədbirlər muxtar respublikanın bütün rayonlarını əhatə etməklə iri yaşayış məntəqələrində və kəndlərdə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048848
Bu gün
Dünən
Bu ay
783
140
7319