Culfa rayonunun Bənəniyar kəndində nağdsız ödəniş xidmətlərinin tətbiqi mövzusunda tədbir keçirilib

tedbir beneniyar 2 19.05.2022tedbir beneniyar 1 19.05.2022

     Culfa rayonunun Bənəniyar kəndində nağdsız ödəniş xidmətlərinin tətbiqi və POS-terminallardan istifadənin üstünlükləri mövzusunda tədbir keçirilib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mustafa Cəlilov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası istiqamətində aidiyyatı dövlət orqanları ilə birlikdə maarifləndirmə, məlumatlandırma işləri davam etdirilir.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev nəzərə çatdırıb ki, nağdsız ödəniş pul nişanlarından istifadə etmədən ödəniş vasitələri olan ödəniş kartları, ödəniş tapşırığı, mobil telefon aparatları, kompüter və digər avadanlıq vasitəsilə  pul və­saitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi yolu ilə həyata keçirilən hesablaşmadır. Ödəniş kartı ilə ticarət mərkəzlərində, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş avadanlıqdır.

     Həmçinin, diqqətə çatdırılıb ki, muxtar respublikada nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu sahədə kütləviliyinin artırılmasına nail olmaq məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Bu günə kimi keçirilən 16 tirajda Culfa Rayonu üzrə 741 nəfər olmaqla ümumilikdə 4733 muxtar respublika sakininə 290 min manat dəyərində hədiyyələr təqdim olunub.

tedbir beneniyar 3 19.05.2022

     Sonra Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Behruz Hüseynov bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində nağdsız ödənişin həcmində daim artım müşahidə olunub, əhaliyə göstərilən xidmətlərin sayı artırılaraq elektron hesablaşmaların əhatə dairəsi genişləndirilib. 01 may 2022-ci il tarixə muxtar respublika üzrə quraşdırılan  POS-terminalların sayı 1557 ədəd olub. POS-terminalların 162 ədədi Culfa Rayon ərazisindədir. Həmçinin rayon ərazisində 10 ədəd bankomat aparatı, 14 ədəd ödəniş terminalı quraşdırılıb. Qeyd olunan dövrə muxtar respublika üzrə nağdsız ödənişlərin həcmi 52 milyon 111 min 850 manat olub ki, ödənişlərin 14 milyon 610 min 834 manatı POS-terminallar, 37 milyon 501 min 16 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.

     Bildirilib ki, müasir dövrümüzdə  ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsi ilə rahat və tam təhlükəsiz qaydada kommunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçürülməsi və digər bank xidmətlərini həyata keçirilməsi  mümkündür. Naxçıvanbank” ASC-yə məxsus ödəniş kartları üçün “CİB”, Beynəlxalq bank ASC-yə məxsus ödəniş kartları üçün “İBA-mobile”, Kapitalbank-ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil tətbiqindən istifadə etməklə sadalanan xidmətlərdən rahat yararlanaraq ödənişləri nağdsız qaydada və vaxta qənaətetməklə yerinə yetirmək olar.

     Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb və “nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirlərin maarifləndirci bukletlər iştirakçılara paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

076414
Bu gün
Dünən
Bu ay
74
188
1790