Cari ilin birinci yarısında görülmüş işlər və qarşıya qoyulan vəzifələr müzakirə olunub

kollegiya 13.07.2021
 Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin birinci yarısında görülmüş işlər müzakirə olunub. Kollegiya iclasında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev qeyd edib ki, 2021-ci ilin birinci yarımilində muxtar respublikada özəl sektorun inkişafına dövlət dəstəyi nəticəsində makroiqtisadi göstəricilər üzrə artım dinamikası davam edib, nəticədə dövlət büdcəsi üzrə proqnozlar artıqlaması ilə icra edilib. Belə ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının vergi orqanları üzrə müəyyən olunmuş proqnoz 105,1 faiz icra edilibdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqa¬yisədə 15,7 faiz çoxdur. 2021-ci ilin birinci yarısı üzrə müəyyənləşdirilmiş proqnozlar yerli vergi orqanlarının hər biri üzrə artıqlaması ilə icra edilib. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə proqnoz 103,0 faiz icra olunub.

     Qeyd olunan dövrdə sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin dəfələrlə azalmasına gətirib çıxarmış “Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 27 kommersiya və 1 publik hüquqi şəxs dövlət qeydiyyatına, habelə 3 qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna alınıb. Həmçinin bu dövrdə yerli vergi orqanları tərəfindən 1342 fiziki şəxs sahibkarlıq uçotuna alınıbdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 80,2 faizi muxtar respublikanın rayonlarının payına düşüb ki, bu da sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da artırılmasının, sahibkarlar arasında maarifləndirmə və məlumatlandırma işlərinin aparılmasının nəticəsidir.kollegiya 2 13.07.2021
Həmçinin, vergi orqanları tərəfindən vergi ödəyicilərində yerində maarifləndirmə tədbirləri aparılmış, hesabat dövründə özəl sektorda 47 vergi ödəyicisi üzrə 333 işçinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib. Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə 57 ədəd POS-terminal aparatı quraşdırılıb və onların sayı 1467-yə çatdırılıb.

     Diqqətə çatdırılıb ki, Dövlət Vergi Xidmətinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşaraq, onların icrasının təmin edilməsi istiqamətində bütün tədbirləri həyata keçirəcəkdir.
İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov nəzərə çatdırıb ki, muxtar respublika sakinlərinin maarifləndirilməsi istiqamətində vergi ödəyiciləri ilə 14 görüş keçirilib, onların elektron ünvanına ümümilikdə 87 min 582 ədəd bildiriş və müraciətlər göndərilib.

     Publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində 2021-ci ilin 6 ayında 3 publik hüquqi şəxs statuslu müəssisədə 10 ədəd POS-terminal aparatı quraşdırılıb. Nağdsız ödənişlərin həcminin artırılması məqsədilə, kart sahibləri arasında “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirlərin keçirilməsi davam etdirilib, 400 manatdan yuxarı məbləğdə nağdsız ödəniş aparan vətəndaşların ödədikləri məbləğlərə müvafiq olaraq 442 vətəndaşa 25 min manatlıq müxtəlif hədiyyələr təqdim edilib. Cari ildə növbəti tirajın keçirilməsi nəzərdə tutulur.

     Sonra məruzə ətrafında digər çıxışlar dinlənilib.
     Sonda Xidmətin kollegiya qərarı qəbul edilibdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048748
Bu gün
Dünən
Bu ay
683
140
7219