Babək rayonunun Kərimbəyli kəndində “Nağdsız ödəniş”lərin üstünlükləri mövzusunda tədbir keçirilib

Babek Kerimbeyli

    Babək rayonunun Kərimbəyli kəndində sahibkarlar və kart sahiblərinin iştirakı ilə rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi mövzusunda tədbir keçirilib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev bildirib ki, muxtar respublikada nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyatların həcminin artırılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli sərəncamına əsasən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub. Qeyd edilib ki, nağdsız ödəniş pul əskinaslarından istifadə etmədən ödəniş kartları, mobil telefonlar, kompüter və digər avadanlıqlar vasitəsilə pul və¬saitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi deməkdir.

     Nəzərə çatdırılıb ki, internet və digər ödəniş vasitələrilə yanaşı nağdsız ödənişlərin əsas vasitələrindən biri olan POS-terminalların tətbiqi vətəndaşlara xidmət göstərilən ticarət, iaşə və digər sahələrində, Publik hüquqi şəxs statuslu müəssisələrdə, ümumiyyətlə POS-terminalların quraşdırılması vacib olan obyektlərdə quraşdırılıb ki, hər bir vətəndaş ödənişlərini nağdsız qaydada həyata keçirsin.
Diqqətə çatdırılıb ki, əhalinin nağdsız ödənişlərə həvəsləndirilməsi, onlarda bu əməliyyatların vərdiş halını salması üçün proqrama uyğun olaraq 2014-cü ildən ildə 2 dəfə olmaqla həvəsləndirmə tədbirləri həyata keçirilir və bu günə kimi ümumilikdə keçirilmiş 15 tirajda 4302 muxtar respublika sakininə 265 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.

     Sonra Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Tamerlan Məmmədov bildirib ki, nağdsız ödəniş vasitələrinin əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, həyata keçrilən tədbirlər nəticəsində ötən ilin müvaffiq dövrü ilə müqayisədə bankomatların sayında 4, post-terminalların sayında 135 ,ödəmə terminallarının sayında 34 ədəd artıb. Ödəniş vasitələri Naxçıvan şəhərində, rayon və kənd mərkəzlərində quraşdırılmaqla bu vasitələrə əhalinin əlçatanlığı təmin edilib. Belə ki, 01 sentyabr 2021-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 117 ədəd, POS-terminalların sayı 1481 ədəd təşkil edib. Həmçinin, quraşdırılan bankomatlardan 5 ədədi, POS-terminallardan 100 ədədi Babək rayon ərazisindədir. 2021-ci ilin 8 ayı ərzində muxtar respublika üzrə nağdsız ödənişlərin həcmi 75 milyon 867 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 571 manat artıqdır. Cari ilin 8 ayı ərzində nağdsız ödənişlərin 24 milyon 106 min manatı POS–terminallar, 51 milyon 761 manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçrilmişdir.

     Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048813
Bu gün
Dünən
Bu ay
748
140
7284