Babək Rayonunun Hacıvar kəndində “rəqəmsal ödəniş xidmətləri”nin tətbiqi mövzusunda tədbir keçirilib

tedbir hacivar 10.03.2022tedbir hacivar2 10.03.2022

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə Babək Rayonunun Hacıvar kəndində sakinlərlə “nağdsız ödənişlərin üstünlüklərindən” və POS-terminallardan istifadə mövzusunda tədbir keçirilib.

     Babək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Hümbətov bildirib ki, 9 avqust 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə” Dövlət Proqramın təsdiqi ilə bağlı nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan Proqram əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi məqsədini daşıyır.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev qeyd edib ki, müasir iqtisadiyyatda nağdsız ödənişlərə həm də biznesin ədalətli inkişa-fının təminatçısı kimi yanaşılır. Nağdsız ödənişlər haqsız rəqabəti aradan qaldırır, iqtisa-diyyatda şəffaflığın artırılmasına, ədalətli rəqabət şaraitinin formalaşmasına xidmət etdiyi kimi, həm də iqtisadi gəlirləri artırır. Həmçinin, plastik kartlardan istifadə büdcəyə nəzarət imkanı verməklə yanaşı, tətbiq edilməsinin rahat olmasıdır. Nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldıran və sosial əhəmiyyətli üstünlüklərə malikdir. Muxtar respublikada nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu yolla nağdsız əməliyyatların genişləndirilməsinə və bu sahədə kütləviliyinin artırılmasına nail olmaq məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Bu günə kimi keçirilən 16 tirajda 4733 muxtar respublika sakininə 290 min manat dəyərində hədiyyələr təqdim olunub.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Mərhəmət Bayramov nəzərə çatdırıb ki, nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı maarifləndirici və həvəsləndirici tədbirlərin keçirilməsi nəticəsində əhalidə nağdsız ödənişlərə maraq daha da artır, nağdsız ödənişləri əhatə dairəsi genişlənir. Bildirib ki, 01 fevral 2022-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 115 ədəd, POS-terminalların sayı 1538 ədəd, o cümlədən 861 ədədi təmassız ödənişi dəstəkləyən POS-terminallar təşkil edib. Quraşdırılan POS-terminalların 99 ədədi, bankomatların 6 ədədi, ödəniş terminallarının isə 6 ədədi Babək Rayon ərazisində yerləşir. 2022-ci ilin yanvar ayında rayon ərazisində quraşdırılmış POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmi 151 min 830 manat olmuşdur.

     Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

055843
Bu gün
Dünən
Bu ay
332
259
6858