Babək rayonunda operativ vergi nəzarəti tədbirləri diqqət mərkəzindədir

Babek vergi

2021-ci ilin ötən altı ayı ərzində Babək Rayon Vergilər İdarəsi tərəfindən vergi və sosial sığorta haqqında qanunvericiliyə riayət edilməsi, qanunvericiliklə müəyyənləşdirilmiş vergilərin, sosial sığorta, işsizlik sığortası və digər icbari ödənişlərin düzgün hesablanması, büdcəyə vaxtında və tam köçürülməsi işi diqqət mərkəzində olub.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vergi xidməti orqanlarına göstərdiyi qayğının, rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinin, yeni istehsal, emal və xidmət obyektlərinin yaradılmasının nəticəsidir ki, idarə tərəfindən bu ilin II rübü ərzində vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırığa 103,6 faiz əməl olunub. Bu dövrdə vergi potensialının yerlərə getmədən müəyyən edilməsi istiqamətində nəzarət işlərinin səviyyəsi daha da artırılıb, nəticədə Vergilər İdarəsinə təqdim olunmuş bəyannamələrin kameral yoxlanılmasına, əlaqəli məlumatlara əsasən 1500 manatdan artıq vergi hesablanıb və büdcəyə köçürülməsi təmin edilib.

     Hesabat dövrü ərzində operativ vergi nəzarəti tədbirləri də diqqət mərkəzində olub. Monitorinqlər zamanı 8 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan sərnişin və yük daşınması faktı aşkar olunub və bu hallar aradan qaldırılıb.

     Bu ilin ötən dövrü ərzində POS-terminallardan səmərəli istifadəni təmin etmək və nağd pul dövriyyəsinin həcmini azaltmaq məqsədilə vergi ödəyiciləri və plastik kart istifadəçiləri ilə görüşlər keçirilib, nağdsız ödənişlərin üstünlükləri onlara izah olunub. Bu dövrdə şəhər, qəsəbə və kəndlərdə fəaliyyət göstərən aktiv vergi ödəyicilərinə bank hesabları açılaraq satış pullarının hesablara qoyulması, ödənişlərin nağdsız qaydada köçürmə yolu ilə həyata keçirilməsi, işçilərin plastik kartlarla təmin edilməsi və əməliyyatların daha operativ şəkildə həyata keçirilməsi üçün bankın müştəri xidmətlərinə keçilməsi istiqamətində tədbirlər görülüb.
İdarənin vergi ödəyicilərinə xidmət sahəsində də müəyyən işlər görülüb. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində 720 vergi ödəyicisi idarədə qəbul edilib, daxil olmuş 713 yazılı müraciət vaxtında və qanunamüvafıq cavablandırılıb, 3 dəfə vergi ödəyiciləri ilə görüş keçirilib.

     Vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə bu ilin ötən altı ayı ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 139 fiziki şəxslə “Vergi hesabatlarının elektron sənəd formasmda göndərilməsi haqqında” müqavilə bağlanılaraq onlara parol-şifrə verilib.
Babək Rayon Vergilər İdarəsi tərəfindən dövlət büdcəsi, sosial sığorta və işsizlikdən sığorta üzrə illik proqnozların vaxtında və tam həcmdə icrası ilə əlaqədar işlər bundan sonra da davam etdiriləcək.

Babək Rayon Vergilər idarəsi

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048732
Bu gün
Dünən
Bu ay
667
140
7203