“Nağdsız ödəyin, hədiyyə qazanın!” 15-ci tirajın qalibləri mükafatlandırılıb

Nağdsız ödəyin hədiyy qazanın 15 ci tiraj 2 Nağdsız ödəyin hədiyy qazanın 15 ci tiraj 1

Naxçıvan Muxtar Respublikasında ənənə halını alan “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on beşinci tirajının qalibləri müəyyənləşib. 1 yanvar 2021-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

     Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilmiş və nağdsız ödənişlərin həcminin artırılması istiqamətində mühüm tapşırıqlar verilmişdir.

     Əhalinin nağdsız ödənişlərə həvəsləndirilməsi, onlarda bu əməliyyatların vərdiş halını salması üçün proqrama uyğun olaraq 2014-cü ildən başlayaraq ildə 2 dəfə olmaqla həvəsləndirmə tədbirləri həyata keçirilir və bu günə kimi keçirilmiş 14 tirajda 3857 muxtar respublika sakininə 240 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib. Məhz 15-ci tirajda 86-sı Naxçıvan şəhəri olmaqla, 445 muxtar respublika sakini 25 min manat dəyərində hədiyyə qazanıb.
Bildirilib ki, 2021-ci ilin ilk 6 ayında ödəniş kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 56 milyon 188 min 728 manata çatdırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 905 min 381 manat çoxdur. Bundan əlavə aparılan işlər nəticəsində əmək haqlarının nağdsız formada ödənişini təmin etmək üçün 2021-ci ilin birinci yarımilində özəl sektorda 47 vergi ödəyicisi üzrə 333 işçinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Orxan Abdullayev qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində nağdsız ödəniş həcmində ilbəil artım müşahidə olunmuş, əhaliyə göstərilən xidmətlərin sayı artırılaraq elektron hesablaşmaların əhatə dairəsi genişləndirilib.

     Diqqətə çatdırıb ki, iqtisadiyyatın bütün sahələrini effektiv şəkildə əhatə edən POS-terminal şəbəkəsi vasitəsilə aparılan ödənişlərlə yanaşı, internet və digər ödəniş sistemləri ilə həyata keçirilən elektron hesablaşmaların həcminin artması da bu sahədə aparılan tədbirlərin müsbət nəticələridir. Belə ki, 01 iyul 2021-ci il tarixə əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 724-ü Naxçıvan şəhəri, 743-ü isə rayon və kənd mərkəzlərində olmaqla 1467 ədədə çatdırılıb. Cari ilin ilk 6 ayı ərzində muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız ödənişlərin 18 milyon 84 min 459 manatı POS-terminallar, o cümlədən 11 milyon 277 min 571 manatı Naxçıvan şəhəri üzrə, 38 milyon 104 min 269 manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. 01 iyul 2021-ci il tarixə nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomatların sayı 58-i Naxçıvan şəhərində, 57-i isə rayon və kənd mərkəzlərində olmaqla 115 ədəd, ödəniş terminallarının sayı isə cari-ci ildə 18 ədəd artaraq 97 ədəd təşkil edib. Qeyd olunan dövrdə muxtar respublika üzrə əmək haqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı isə 275 min 11 ədəd olub.

Nağdsız ödəyin hədiyy qazanın 15 ci tiraj 3

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Rəşad Əliyev çıxışında nəzərə çatdırıb ki, 6 ay ərzində bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar alınmaqla və bir sıra amillər uyğun olaraq hədiyyələr meyarlar üzrə qrublaşdırılıb. Belə ki, 1-ci meyar üzrə, 400-manatdan 701-manatadək nağdsız əməliyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 35-55 manat arasında müəyyən olunub ki, bu meyyarda muxtar respublika üzrə 225 şəxs o cümlədən Naxçıvan şəhəri üzrə üzrə 45 şəxs hədiyyə qazanıb. 2-ci meyar üzrə 701-manatdan 1001-manatadək nağdsız əməliyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 55-70 manat arasında müəyyən olunub ki, bu meyyarda da muxtar respublika üzrə 119 şəxs o cümlədən Naxçıvan şəhəri üzrə 20 şəxs hədiyyə qazanıb. 3-cü meyar üzrə 1001-manatdan çox nağdsız əməliyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 75-90 manat arasında müəyyən olunub ki, bu meyardada muxtar respublika üzrə 101 şəxs o cümlədən Naxçıvan şəhəri üzrə 21 şəxs hədiyyə qazanıb.

     Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim olunub.

     Qeyd edək ki, oxşar tədbirlər Naxçıvan şəhəri ilə yanaşı Şərur, Babək, Culfa, Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayonlarında da keçirilib. Bütün qaliblərə mükafatları təqdim olunub. Hədiyyə qazanmış şəxslər təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğunun ayrı-ayrı sahələrində çalışan işçiləri, o cümlədən qeyd olunan sahələrdə çalışan texniki inzibati xidməti işçiləri, hüquq mühafizə orqanlarının, özəl sahələrdə çalışan müxtəlif peşə yönümlü işçiləri, fərdi vətəndaşları və təqaüdçüləri əhatə edir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048707
Bu gün
Dünən
Bu ay
642
140
7178