“Müasir dövr və rəqəmsal iqtisadiyyat” mövzusunda elmi konfrans keçirilib

  tedbir 02.04.2022   “Naxçıvan” Universitetinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda “Naxçıvan” Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, i.f.d. Hüseyin Bağırsoylu bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrasına dair tədbirlər planının müvafiq bəndinə uyğun olaraq “Naxçıvan” Universitetində aidiyyəti dövlət orqanları ilə birlikdə müntəzəm olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

     H.Bağırsoylu vurğulayıb ki, muxtar respublikamızın bütün regionları sürətli internet və elektron ödənişlərin həyata keçirilməsi üçün lazımi vasitələrlə təmin edilib. Buna görə də universitetin professor-müəllim heyətinin, tələbələrinin yaradılmış şəraitdən və bu xidmətlərdən səmərəli istifadə imkanlarının genişləndirilməsi istiqamətində keçirilən maarifləndirici seminarlar, konfranslar xüsusi əhəmiyyət kəsb edir.

  Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin bölmə rəisi Ülvi Qurbanov “İqtisadiyyatda tətbiq olunan rəqəmsal informasiya sistemləri” mövzusunda məruzə edib. Bildirib ki, informasiya və biliklərə əsaslanan cəmiyyətin qurulması, yüksək texnologiyalar parklarının yaradılması, elektron informasiya resurslarının inkişaf etdirilməsi, bank, maliyyə, ticarət, təhsil, tibb və sosial-iqtisadi sahələrdə elektron xidmətlərin daha geniş tətbiqi, regionlarda proqram vasitələrinin və texnoloji avadanlıqların istehsalının təşkili və inkişaf etdirilməsi formalaşmaqda olan informasiya iqtisadiyyatının əsas inkişaf istiqamətlərindəndir. Hazırda ölkəmizdə aparılan islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün mühüm baza formalaşdırır. Ü.Qurbanov Dövlət Vergi Xidmətində tətbiq olunan informasiya texnologiyalarından bəhs edərək bildirilib ki, Naxçıvan Muxtar Respublikasında vergi sisteminin inkişafına daim diqqət göstərilib, dövlət idarəçiliyinin müasir standartlara uyğunlaşdırılması istiqamətində təkmilləşdirmələr aparılmaqla, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində işlər görülüb. Bununla yanaşı, sahibkarlıq fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə qeydiyyata alınması özəl sektora marağın güclənməsinə və biznesin inkişafına təkan verməklə investisiya mühitini daha da yaxşılaşdırıb.

tedbir 02.04.2022 2     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev rəqəmsal iqtisadiyyatın əsas formasında olan nağdsız ödənişlərin əhəmiyyəti və üstünlüklərindən danışıb. Bildirib ki, rəqəmsal ödəniş sistemi müasir dünyanın əsas iqtisadi çağırışlarından biri olmaqla vergi sisteminin təkmilləşdirilməsində, maliyyə sabitliyinin və ümumilikdə iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Nağdsız hesablaşma - pul nişanlarından istifadə etmədən ödəniş vasitələri ilə pul və¬saitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır. Nağdsız ödənişlərin rahatlıq, təhlükəsizlik, vaxta qənaət, xərclərə nəzarət, sağlamlıq kimi bir çox üstünlükləri mövcuddur.E.Babayev muxtar respublikada bu sahədə görülən işləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyatların həcminin artırılması, institusional mühitin yaradılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamına əsasən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub. Proqram üzrə qarşıya qoyulmuş məqsəd və vəzifələrin yerinə yetirilməsi, rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi, əhali və iqtisadi subyektlər arasında rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətlərində tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, 2019-cu il ilə müqayisədə 2021-ci idə nağdsız ödənişlərin həcmində 73 497 827 manat artım müşahidə olub. 01 mart 2022-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 116 ədəd, POS-terminalların sayı 1554 ədəd, ödəniş terminallarının sayı isə 56-sı MilliÖn ödəniş terminalı olmaqla 150 ədədə çatdırılıb.

     Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

055833
Bu gün
Dünən
Bu ay
322
259
6848