Şahbuz Rayonunun Kolanı kənd sakinlərinə “nağdsız ödəniş”lərin üstünlükləri izah olunub

tedbir kolani 10.03.2022tedbir kolani2 10.03.2022

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə Şahbuz Rayonunun Kolanı kəndində sakinlərlə “nağdsız ödənişlərin üstünlüklərindən” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi qeyd edib ki, nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan Proqramın məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsindən ibarətdir.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev bildirib ki, plastik kartlardan istifadə büdcəyə nəzarət imkanı verir. Həm ölkə daxilində, həm də xaricdə alış-veriş üçün ödəniş imkanı yaranır. Üzərinizdə böyük miqdarda nağd pul daşımağa, hər dəfə pul çıxarmağa, böyük əskinazları xırdalamağa, habelə pul qalığını xırda qəpiklərlə geri almağa ehtiyac qalmır. Diqqətə çatdırılıb ki, 01 fevral 2022-ci il tarixə Şahbuz Rayon ərazisində nağdsız ödənişlərin əsas vasitələrindən olan 70 ədəd POS-termial, 4 ədəd ödəniş terminalı quraşdırılıb. Cari ilin yanvar ayında rayon ərazisində quraşdırılmış POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmi isə 62 min 556 manat olub.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Pərviz Babayev nəzərə çatdırıb ki, nağdsız ödəniş vasitələrinin genişləndirilməsi, ödəniş kartları vasitəsi ilə nağdsız ödənişlərin həcminin artırılmasının iqtisadiyyatın inkişafında əvəz olunmaz rolu vardır. Müasir dövrümuzdə ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsi ilə rahat və tam təhlükəsiz qaydada komunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçrülməsi və digər bank xidmətlərini həyata keçirilməsi mümkündür. Əhaliyə xidmət göstərən bankın mobil bank tətbiqini mobil telefonlara yükləməklə yuxarıda sadaladığımız bank xidmətlərindən tam şəkildə istifadə etmək mümkündür. “Naxçıvanbank” ASC-yə məxsus ödəniş kartları üçün “CİB”, Beynəlxalq bank ASC-yə məxsus ödəniş kartları üçün “İBA-mobile”, Kapitalbank-ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil tətbiqindən istifadə etmək qeyd olunan əməliyyatları yerinə yetirmək olar.

     Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

055798
Bu gün
Dünən
Bu ay
287
259
6813