Şahbuz rayonunun Keçili kəndində “Rəqəmsal ödəniş”lər mövzusunda görüş keçirilib

Sahbuz Kecili

Şahbuz rayonunun Keçili kəndində kart sahiblərinin iştirakı ilə “Rəqəmsal ödəniş”lərin genişləndiriməsi istiqamətində görüş keçirilib.

     Tədbiri giriş sözü ilə açan Şahbuz rayonun İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Bayramov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilib və həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev nəzərə çatdırıb ki, nağdsız ödənişlərin həyata keçirilməsində ödəniş kartlarının çox mühüm əhəmiyyəti vardır. Ödəniş kartları banklar tərəfindən öz müştərilərinə verilən, üstündə müəyyən rekvizitlərin olduğu plastik kartlar başa düşülür. Ödəniş kartı malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Plastik kartlardan istifadə etməklə nağdsız əməliyyatlar həyata keçirmək üçün POS-terminal, internet və digər ödəniş vasitələri mövcuddur. Nağdsız ödənişlərdən istifadə zamanı vətəndaşa qəbz təqdim olunur ki, bu qəbz malın dəyişdirilməsi, geri qaytarılması və istehlakçıların hüquqlarının müdafiəsi baxımından çox böyük önəm daşıyır.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Samil Quliyev qeyd edib ki, muxtar respublika ərazisində nağdsız ödəniş vasitələrinin həcminin artırılması daim diqqət mərkəzində saxlanılır, POS-terminallar Naxçıvan şəhərində, rayon mərkəzlərində, böyük kənd yaşayış mərkəzlərində quraşdırılmaqla bu vasitələrə əhalinin əlçatanlığı təmin edilir. Belə ki, 01 sentyabr 2021-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 117 ədəd, POS-terminalların sayı 1481 ədəd təşkil edir. Quraşdırılan bankomatlardan 4 ədədi, POS-terminallardan 64 ədədi Şahbuz rayon ərazisindədir.
Bildirilib ki, nağdsız ödənişlər artdıqca, ödəniş sistemləri daha effektiv şəkildə fəaliyyət göstərir və xərclərin azaldılması imkanları yaranır. Digər tərəfdən, ödəniş sistemlərinin inkişafı əhalinin kreditə çıxış imkanlarını artırır və bu zaman kartlar rahat ödəniş vasitəsi kimi çıxış edir.

     Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048738
Bu gün
Dünən
Bu ay
673
140
7209