Şahbuz rayonunun Kükü kəndində nağdsız ödənişlər mövzusunda maarifləndirici tədbir keçirilib

tedbir sahbuz 06.05.2022 2 tedbir sahbuz 06.05.2022 1

     Şahbuz rayonunun Kükü kəndində nağdsız ödəniş xidmətlərinin tətbiqi və POS-terminallardan istifadə mövzusunda tədbir keçirilib.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Əlizadə bu sahədə kənd sakinlərinə göstərilən xidmətlərdən danışıb.

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşı Fərid Əliyev qeyd edib ki, nağsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatları tikinti, ticarət, xidmət və s. sahələrdə, həmçinin kənd yerlərində yaşayan vətəndaşlarımızın daha rahat ödənişini təmin etmək məqsədilə xidmət mərkəzlərində nağdsız ödənişlərin aparılması üçün də POS-terminal aparatlarının quraşdırılıb. Bildirilib ki, nağdsız ödənişlərdən istifadə etməklə həm vaxta qənaət etmək, həm də aylıq gəlir və çıxarlarınıza nəzarət etməklə maliyyə vəziyyətninzi nəzarətdə saxlaya bilərsiniz.

     Diqqətə çatdırılıb ki, muxtar respublikada nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu sahədə kütləviliyinin artırılmasına nail olmaq məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Bu günə kimi keçirilən 16 tirajda 4733 muxtar respublika sakininə 290 min manat dəyərində hədiyyələr təqdim olunub.

tedbir sahbuz 06.05.2022 3

     Sonra Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Pərviz Babayev bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində nağdsız ödənişin həcmində daim artım müşahidə olunub, əhaliyə göstərilən xidmətlərin sayı artırılaraq elektron hesablaşmaların əhatə dairəsi genişləndirilib. Belə ki, 01 aprel 2022-ci il tarixə Şahbuz rayonunda quraşdırılan POS-terminalların sayı 71 ədəd olmaqla həmin terminallardan istifadə etməklə cari ilin 3 ayı ərzində 198 min 504 manat məbləğində nağdsız əməliyyat aparılıb. Həmçinin, əhalinin nağdsız ödənişlərə əlçatanlığını təmin etmək məqsədi ilə rayon ərazisində 6 ədəd bankomat, 6 ədəd ödəniş terminalı fəaliyyət göstərir.

     Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər paylanııb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2023

242066
Bu gün
Dünən
Bu ay
153
235
388