Şərur rayonunun Çərçiboğan kəndində nağdsız ödənişlərin əhəmiyyəti izah olunub

tedbir cercibogan 16.03.2022tedbir cercibogan2 16.03.2022

     Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkiatçılığı Şərur rayonunun Çərçiboğan kəndində kart sahiblərinin iştirakı ilə nağdsız ödənişlərin üstünlükləri mövzusunda görüş keçirilib.

     Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Osman Cəlil rəqəmsal ödənişlər sahəsində bu günə kimi rayon ərazisində görülmüş işlərdən danışıb və rayon üzrə nağdsız ödənişlərdə artım dinamikasının müşahidə olunduğunu qeyd edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev bildirib ki, nağdsız ödəniş fərqli ödənişlərin eyni vaxta evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsi, vergilərin, rüsumların və digər büdcə ödənişlərinin, kommunal xərclərin, internet vasitəsilə ödənilməsi, elektron ödənişlərin qısa müddətdə şəxsi vərəqədə əks olunması, avia biletlərin və digər mal və xidmətlərin internet vasitəsi ilə əldə olunması kimi üstünlükləri vardır.

     Nəzərə çatdırılb ki, nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldıran və sosial əhəmiyyətli üstünlüklərə malikdir. Muxtar respublikada nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu yolla nağdsız əməliyyatların genişləndirilməsinə nail olmaq məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Bu günə kimi keçirilən 16 tirajda 4733 muxtar respublika sakininə 290 min manat dəyərində hədiyyələr təqdim olunub.

     Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Samil Quliyev nəzərə çatdırıb ki, nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı maarifləndirici və həvəsləndirici tədbirlərin keçirilməsi nəticəsində əhalidə nağdsız ödənişlərə maraq daha da artır, nağdsız ödənişləri əhatə dairəsi genişlənir. 01 mart 2022-ci il tarixə Şərur rayonunda bankomatların sayı 16 ədəd, POS-terminalların sayı 249 ədəd, ödəniş terminallarının 23 ədəd olub. Cari ilin yanvar-fevral aylarına muxtar respublika üzrə aparılan nağdsız əməliyyatların həcmi 24 milyon 719 min 639 manat təşkil edib ki, bununda 18 milyon 076 min 962 manatı internet və digər ödəniş vasitələri ilə, 6 milyon 642 min 677 manatı POS-terminallar vasitəilə həyata keçirib. Qeyd olunan dövrdə Şərur rayonunda quraşdırılan POS-terminallarla aparılan nağdsız ödənişlərin həcmi isə 4 milyon 607 min 628 manat olub.

     Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyatların həcminin artırılması, institusional mühitin yaradılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli Sərəncamına əsasən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2022

055801
Bu gün
Dünən
Bu ay
290
259
6816