Dövlət proqramının icrası diqqətdə saxlanılır

     
     Muxtar respublikada rəqəmsal ödənişlərin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində ardıcıl qəbul edilən dövlət proqramlarının icrası diqqətdə saxlanılır.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 09 avqust tarixli Sərəncamına uyğun olaraq “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası 2020-ci ilin üçüncü rübündə də davam etdirilib. Muxtar respublikada mövcud ödəniş infrastrukturunun daha da genişləndirillməsi istiqamətində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə tədbirlər davam etdirilib. POS-terminalların quraşdırılması vacib olan obyektlərdə 64 ədəd yeni aparat quraşdırılmaqla onların sayı 1374-ə, bankomat aparatlarının sayı isə 113-ə çatdırılıb. POS-terminal, internet və digər ödəniş vasitələri də daxil olmaqla həyata keçirilən nağdsız əməliyyatların həcmi 23 milyon 963 min 295 manat ,o cümlədən POS-terminallar vasitəsi ilə həyata keçirilən əməliyyatların həcmi 8 milyon 139 min 971 manat təşkil edib.

     Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə özəl sektorda çalışan işçilərin əmək haqlarının ödəniş kartları vasitəsilə ödənişinin başa çatdırılması üçün maarifləndirici tədbirlər davam etdirilib, cari ilin 3- cü rübündə özəl sektorda 126 vergi ödəyicisi üzrə 373 işçinin əmək haqqının ödəniş kartları ilə ödənilməsi təmin olunub.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallarla qəbulunu təmin etmək məqsədilə daha 11 müəssisədə 14 yeni POS-terminal aparatları quraşdırılıb ki, bu da vətəndaşlara göstərilən xidmətin dəyərini rahat şəkildə ödəmək imkanı yaradır.

     Muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri sahiblərinin ödəniş kartları ilə təmin edilməsi, həmin şəxslər tərəfindən fəaliyyət göstərdikləri sahələr üzrə vergilərin, sosial ayırmaların, sığorta məbləğlərinin, kom¬munal xərclərin və dövlət büdcəsinə digər ödənişlərin tamamilə nağdsız şəkildə ödənilməsi üçün məlumatlandırıcı görüşlər keçirilib, 102 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kart vasitəsilə, 135 vergi ödəyicisi tərəfindən isə şəxsi kartları ( şəxsi istifadə, birkart, təqaüd və s. kartlar) vasitəsilə vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

015415
Bu gün
Dünən
Bu ay
241
250
241