Babək Rayon Vergilər İdarəsi cari ilin 9 ayının nəticələrini açıqlayıb

  Babək Rayon Vergilər İdarəsi tərəfindən 2020-ci ilin ötən dövrü ərzində vergi və sosial sığorta haqqında qanunvericiliyə riayət edilməsi, müəyyən edilmiş vergilərin yığılması, sosial sığorta, işsizlik sığortası və digər icbari ödənişlərin düzgün hesablanması diqqət mərkəzində olub.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vergi xidməti orqanlarına göstərdiyi qayğının, rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinin, davamlı sosial-iqtisadi yüksəlişin, yeni istehsal, emal, ticarət, xidmət obyektlərinin yaradılmasının nəticəsidir ki, ötən 9 ay ərzində vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırığa 103 faiz əməl olunub. Bu dövrdə operativ vergi nəzarəti tədbirləri də diqqət mərkəzində saxlanılıb, 15 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib.

     Hesabat dövrü ərzində işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanmasına nəzarət artırılıb, bağlanmış əmək müqavilələrində işçilərə ödənilən əmək haqqının məbləği 250 manat və ondan yuxarı olub. Qeyd edək ki, cari ildə POS-terminallardan səmərəli istifadəni təmin etmək və nağd pul dövriyyəsinin həcmini azaltmaq məqsədilə vergi ödəyiciləri maarifləndirilib. Rayonun şəhər, qəsəbə və kəndlərində fəaliyyət göstərən aktiv vergi ödəyicilərinə bank hesabları açılaraq satış pullarının hesablara qoyulması, ödənişlərin nağdsız qaydada köçürmə yolu ilə həyata keçirilməsi təmin edilir.

     Cari ilin III rübü ərzində idarənin vergi ödəyicilərinə xidmət şöbəsində də müəyyən işlər görülüb. Belə ki, ötən 9 ay ərzində 1136 vergi ödəyicisi şöbədə qəbul edilib, onlara 1117 növ xidmət göstərilib, vergi ödəyicilərindən daxil olmuş 1111 yazılı müraciət vaxtında və qanunamüvafıq cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə mütəmadi olaraq dövri mətbuatda maarifləndirici yazılar çap olunub. Vergi ödəyicilərinə vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə 3 hüquqi, 364 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanılaraq onlara parol-şifrə verilib.

Babək Rayon Vergilər İdarəsi

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

003885
Bu gün
Dünən
Bu ay
66
168
3885