Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi təkmilləşdirilib

     Dövlət Vergi Xidmətinin vergi.nakhchivan.az rəsmi internet səhifəsi daha da təkmilləşdirilərək vergi ödəyicilərinin və ictimaiyyətin istifadəsinə verilib. Muxtar respublikamızda özəl sektorun inkişaf etdirilməsi isdiqamətində zəruri tədbirlər görülüb, sahibkarlar üçün hərtərəfli şərait yaradırıb. Bu baxımdan yeni-yeni sahibkarlıq subyektləri formalaşır, iqtisadi inkişafın əhatə dairəsi daha da şaxələnir. Vergi ödəyiciləri ilə yerlədə həyata keçirilən maarifləndirici görüşlərlə yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq dövlət orqanının rəsmi internet səhifəsi və sosial medya üzərindən məlumatlandırma işləri təkmilləşdirilir.

İnformasiya cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə, təbii ki, sahibkarlar üçün internet səhifəsi ən sürətli formada elektron xidmətlərdən yararlanmaq imkanı yaradır. Təkmilləşdirilmiş vergi.nakhchivan.az rəsmi internet səhifəsinin köməkliyi ilə sahibkarlar bir çox xidmətlərdən onlayn qaydada istifadə edə bilərlər.

     Vergi ödəyiciləri üçün əlçatanlığı daha rahat təmin etmək məqsədi ilə təkmilləşdirilmiş internet səhifəsi 9 bölmə və müvafiq bəndlərdən ibarətdir. Əsas səhifədə aktual xəbərlər, rəsmi dövlət orqanlarının banderləri, muxtar respublikanın təbliği və tanıdılması istiqamətində məlumat və materiallar, vergi ödəyiciləri üçün faydalı bölmələr yerləşdirilib. Sənədlər bölməsində Dövlət Vergi Xidmətinə aid olan normativ hüquqi sənədlər və Vergi Məcəlləsi, Xidmət haqqında bölməsində isə Xidmətin Əsasnaməsi, fəaliyyət istiqaməti, rəhbərlik və struktur bölmələri haqqında məlumat verilir.

     Elekron vergi bölməsinin elektron xidmət bəndində müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunmuş 44 elektron xidmət növü mövcuddur ki, onların tətbiqinin genişləndirilməsi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi vergi ödəyiciləri ilə münasibətləri fiziki cəhətdən məhdudlaşdırır, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatını azaldır. Bir pəncərə bölməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin dövlət qeydiyyatına alınması prosesi izah olunub və metodiki vəsaitlər yerləşdirilib. Mətbuat xidməti bölməsində Xidmətin fəaliyyəti ilə bağlı xəbərlər, hesabatlar, müsahibə, məqalələrlə, foto və video materiallar yerləşdirməklə ictimaiyyətin məlumatlandırılması işi diqqətdə saxlanılır. Müraciətlər və əlaqə bölmələrində Dövlət Vergi Xidmətinə elektron müraciətin forması, startap layihələri üzrə müraciət bəndi və əlaqə vasitələri qeyd olunub.

     Həmçinin internet səhifəsində sual-cavab bölməsi yaradılıb ki, həmin bölmədə vergi ödəyicilərini maraqlandıran suallar operativ şəkildə cavablandırılır və saytda yerləşdirilir. Rəsmi internet səhifəsi həm mobil telefon və planşetlər üçün adaptasiya olunub ki, hər kəs mobil cihazlardan istifadə etməklə saytın xidmətlərindən yararlana bilər.

     Əlbəttə, görülən bu işlər muxtar respublikamızda vergi sisteminin müasirləşdirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə yanaşı vergi qanunvericiliyi sahəsində könüllü əməletmənin, sahibkarlığın inkişafına və əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir ki, bu da öz növbəsində büdcə daxilolmalarının artmasına təkan vermiş olur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

003920
Bu gün
Dünən
Bu ay
101
168
3920