Əsgərlərə bayram sovqatı aparılıb
![]() |
![]() |
![]() |
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ordubad rayonunda yerləşən sərhəd zastavasında əsgərlərin görüşünə gəliblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev əsgər və zabit heyətini salamlayaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə hərbi qulluqçuları təbrik edib, onlara bu şərəfli vəzifələrində uğurlar arzulayıb. Orduya göstərilən dövlət qayğısından danışaraq bildirib ki, hər bir dövlətin güvənc yeri məhz onun güclü və qüdrətli ordusudur.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov hərbi qulluqçuları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edərək bildirib ki, bu cür görüşlər bundan sonra da davam etdiriləcək.
Hərbi qulluqçular adından çıxış edən zabit Şamil Məmmədov və əsgər Nicat Feyziyev göstərilən qayğının onlarda ruh yüksəkliyi yaratdığını qeyd ediblər və bütün şəxsi heyət adından minnətdarlıqlarını bildiriblər.
Dövlət Vergi Xidmətinin gətidiyi yerli istehsal olan müxtəlif növ ərzaq məhsulları sərhədçilərə təhvil verilib.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti