Vergi uçotunda olmayan şəxslərdən alınan sənədsiz mallara görə maliyyə sanksiyası tətbiq edilirmi?
Vergi Məcəlləsinə əsasən, vergi orqamnda uçotda olmayan şəxslərdən alınmış mallara görə alış aktlan tərtib edilir. Elektron alış aktı malların alışı tarixindən 5 gün müddətində tərtib olunur. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura, alış aktları və ya Vergi Məcəlləsində göstərilmiş elektron alış aktları olmadıqda, alıcıya maliyyə sanksiyası tətbiq edilir. Alıcı təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç dəfə və daha çox yol verdikdə isə 40 faizi həcmində maliyyə sanksiyası tətbiq edilir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti