Yeni elektron xidmət istifadəyə verilib

     Bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.
Vergi xidmətlərinin böyük əksəriyyətinin elektronlaşdırılmasına baxmayaraq, sahibkarların geniş istifadə etdiyi “Asan İmza”ların əldə edilməsi və yenilənməsi prosesi məsafədən xidmətlər sisteminə daxil edilməmişdi. “Asan İmza” sertifikatının vaxtı başa çatmaqda olan sahibkarlar vergi ödəyicilərinə xidmət strukturlarına müraciət etməklə prosedurları yazılı şəkildə həyata keçirməli olurdular.

     Vergi orqanları və vergi ödəyiciləri tərəfindən sərf olunan vaxtın, insan və maliyyə resurslarının dəfələrlə azaldılmasına nail olmaq, vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyətini daha yaxşı təşkil etmək məqsədilə İnternet Vergi İdarəsində proqram təminatında dəyişikliklərin edilməsi, bununla da qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması istiqamətində işlərə başlanmışdı.

     Aparılan işlər qüvvədə olan “Şəxsi” yaxud “İş” (Biznes) və ya “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının qüvvədə olma müddəti bitməmiş onların müddətinin uzadılmasını onlayn formada həyata keçirmək, həmçinin “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üçün müvafiq imkanın yaradılması ilə bağlı idi.

     2020-ci ilin oktyabr ayında bu işlər başa çatdırılıb, “Elektron imza” üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”na əlavə və dəyişikliklər edilib, o cümlədən mobil operatordan əldə edilmiş “Asan İmza” mobil xidmətinə qoşulma formasının vergi ödəyicilərinə xidmət strukturlarına təqdim edilməsi tələbi aradan qaldırılıb.

     Artıq sözügedən elektron xidmət istifadəyə verilib. İstifadəçilər sertifikatın qüvvədə olma müddəti ərzində yeni serifikatın alınması və “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üçün vergi ödəyicilərinə xidmət strukturlarına elektron qaydada müraciət edə bilərlər. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” rəsmi internet səhifəyə yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

015455
Bu gün
Dünən
Bu ay
281
250
281