May ayında nağdsız əməliyyatların həcmi artıb

     Naxçıvan Muxtar Respublikasında nağdsız hesablaşmaların və rəqəmsal ödənişlərin həyata keçirilməsi üçün lazım olan müasir infrastruktur qurulub və zəruri avadanlıqlarla təchiz olunub. Əhalinin nağdsız əməliyyatlara üstünlük verməsinin nəticəsidir ki, 2020-ci ilin may ayında nağdsız dövriyyənin həcmi 7 milyon 261 min 179 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıq olub. Həmçinin ödənişlərin həyata keçirilməsi üçün quraşdırılmış POS-terminalların sayı 1298-ə çatdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyon 647 min 838 manatı POS-terminallar, 4 milyon 613 min 341 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.


     Qeyd edək ki, 2020-ci ilin ötən 5 ayında nağdsız əməliyyatların həcmi 32 milyon 841 min 158 manat olub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

003926
Bu gün
Dünən
Bu ay
107
168
3926